Ruslar Ukraynada 50 hərbçini məhv etdi – ŞOK RƏQƏM
    • 20-10-2023, 13:04
    • 117

Ruslar Ukraynada 50 hərbçini məhv etdi – ŞOK RƏQƏM

Rusiya Müdafiə Nazirliyi Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin bir tankının və 50-yə qədər hərbçisinin məhv edildiyini bildirib.

News24.az xəbər verir ki, bu barədə “TASS" -a “Cənub” qrupunun mətbuat mərkəzinin rəhbəri Vadim Astafyev məlumat verib.

O qeyd edib ki, Rusiya artilleriyası Ukrayna hərbçilərinin Spornı və Beloqorovka ərazilərindəki zindanlarını və dayaq məntəqələrini atəşə tutub.

“Əks-tədbirlər zamanı Verxnekamenka, Zolotarevka, Lipovoe, Podqornoye, Novaya Kamenka yaşayış məntəqələri ərazilərində düşmənin “Valkyrie”, “Katana”, “Mavic 3” və “FPV” tipli 12 pilotsuz uçuş aparatları vurulub”,- deyə fikirlərini sonlandırıb.

Ülkər Abdurahmanlı