Prezident Təqaüdçüləri Birliyi YARADILDI
    • 20-10-2023, 12:34
    • 171

Prezident Təqaüdçüləri Birliyi YARADILDI

Azərbaycanda Prezident Təqaüdçüləri Birliyi yaradılıb.

News24.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “ Heydər Əliyev və Prezident Təqaüdçüləri: Gələcəyə ünvanlanan strategiya” adlı tədbirdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri, sədrin müşaviri Orxan Dəmirli məlumat verib.

Bildirilib ki, birliyin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin təhsillə bağlı məsləhətlərini həyata keçirmək üçün birgə fəaliyyəti təmin etməkdir.

Tədbirdə bütün təqaüdçülərin yeni Birliyin çətiri altında birləşməsinə çağırış edilib.

Qeyd edək ki, tədbirdə ilk və sonuncu prezident təqaüdçüləri də iştirak edib.