Göyçayın sabiq icra nümayəndəsi BƏRAƏT ALDI
    • 24-10-2023, 17:38
    • 100

Göyçayın sabiq icra nümayəndəsi BƏRAƏT ALDI

Şəki Apellyasiya Məhkəməsi rüşvətə görə təqsirləndirilən, Göyçay İcra Hakimiyyətinin sabiq şəhər icra nümayəndəsi Rəşad Şükürova bəraət verib.

News24.az-ın məlumatına görə, məhkəmə Rəşad Şükürovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxıb. Prosesdə prokuror ittihamdan imtina edb. Daha sonra məhkəmə şikayəti araşdırıb və qərar qəbul edib. Qərara əsasən, R. Şükürov barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Xatırladaq ki, Rəşad Şükürov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılaraq barəsində həbs qəti imkan tədbiri seçilmişdi. 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  Rəşad Şükürova 3 il sınaq müddəti seçilməklə şərti cəza verilmişdi. 

Samir Əli