Bakıda məşhur iş adamı OĞURLANDI - Məhkəmə
    • 26-10-2023, 13:04
    • 247

Bakıda məşhur iş adamı OĞURLANDI - Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən dəstə üzvləri Sübhan Aslanov, Elcan Gözəlov, Azad Bayraxtarov, Seymur Hacıyev və İslam Misirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə məhkəmənin baxış iclasını noyabrın 2-nə təyin edib.

Qeyd edək ki, hadisə ötən ilin yanvarında baş verib.

İttihama görə, təqsirləndirilən dəstə üzvləri Bakı şəhər sakini, iş adamı Rafael Şəfiyevi oğurlayaraq ailə üzvlərindən külli miqdarda pul tələb ediblər. 30 min manat tələb ediblər. Pulun çatmayacaöı təqdirdə dəstə üzvləri R. Şəfiyevi silahla hədələyərək onu öldürəcəklərini bildirib. 

Zərərçəkmiş şəxs bundan sonra ailə üzvləri ilə laqə saxlayaraq dəstə üzvlərinin kartına 3 min manat göndərməsini istəyib. Bununla yanaşı, dəstə üzvləri R. Şəfiyevin  “BMV E39" markalı 90-LF-079 dövlət qeydiyyat nişanlı avtomobilini əlindən alıb. Daha sonra onlar zərərçəkmiş şəxsi döyüblər.

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı cinayətkar dəstənin üzvləri saxlanılıb.

Dəstə üzvləri - Sübhan Aslanova qarşı Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci, Seymur Hacıyev, Elcan Gözəlov, Azad Bayraxtarovun və İslam Misirov barəsində həmin Məcəllənin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.

Samir Əli