-
- 20-10-2023, 17:34
- 251
Tanınmış iş adamının evini qarət edənlərə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən mütəşəkkil dəstənin işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Azad Məcidov in sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə dəstə üzvləri Rüfət Yuzayev 11 il 6 ay, İbrahim Yüzayev 12 il, İlqar Qasımov isə 11 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, dəstə üzvləri, tanınmış iş adamı Riyad Əliyevin evindən oğurluq edilib.
Oğurluq hadisəsi iş adamının Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən dördmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
Əvvəldən hazırlanmış plan əsasında cinayət əlaqəsinə girən şəxslər evdən qiyməti 120 min manat olan 35 kondisioner, kombilər, elektrik kabelləri, plastik borular və digər qiymətli avadanlıqlar oğurlayıblar. Bundan əlavə evin əşyaları sındırılıb, məhv edilərək yararsız hala salınıb. İş adamına dəymiş zərərin ümumi dəyərinin 1 milyon manata (926 min 555 manat) yaxın olduğunu deyib.
Oğurluğa görə ikisi qardaş olmaqla 3 nəfər-Rüfət Yuzayev, İbrahim Yuzayev və İlqar Qasımov həbs olunub.
Onlara qarşı Cinayət Məcəlləsinin 177.4 (Oğurluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Riyad Əliyev Azərbaycanda bir sıra şirkətlərə investisiya qoymuş iş adamı, “Riyad” şirkərlər qrupunun sahibi, “Azinteroil”MMC-nin investorudur.
Samir Əli