Dönərə insanlarda aslılıq yaradan maddələr qatılır – SENSASSİON AÇIQLAMA
    • 26-10-2023, 15:30
    • 365

Dönərə insanlarda aslılıq yaradan maddələr qatılır – SENSASSİON AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün 20-dən çox şagird məktəblərinin yaxınlığında yerləşən dönərxanadan aldıqları dönərdən zəhərlənrək xəstəxanaya aparılıblar. Bu da orta məktəblərdə şagirdlərin qidalanması ilə bağlı hələ də problemin olmasından xəbər verir. 

Ümumiyyətlə, uşaqlarımızı belə riskli qidalardan necə qorunmaq olar?

Sözügedən məsələ ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova News24.az-a açıqlama verib.

“Satışda olan və ya səyyar hazırlanan çörəkarası qidalardan dönər, un məlumatlarından hazırlanan "peraşki"lər, bulkalar ən çox risk qupuna daxil olan qidalardır. Ehtiyac olmadığı təqdirdə bu kimi qidaları yemək tövsiyyə olunmur. Xüsusilə dönərdə mənşəyi bəlli olmayan ucuz, xəstə heyvan ətlərindən istifadə olunur. Bundan əlavə dönər ətləri səhərdən-axşama kimi açıq havada saxlanılır. Bu ət sağlam ət olsa belə açıq havada xarab olma ehtimalı yüksəkdir. Ətin bu şəraitdə saxlanılması onun təkibinin mikrobioloji və kimyəvi dəyişikliyinə səbəb olur. Əsasən də bu məhsulların satışını təşkil edən insanların sanitar-gigiyena qaydalarına riayət etməməsi bu qidanın fiziki çirklənməsinə səbəb olur. Belə olduğu təqdirdə, bu qidanı qəbul edən insanlarda heyvandan insan keçə bilən xəstəliklər yarana, həzm sisteminin pozulması kimi hallar baş verə bilər. Xüsusilə də, bağırsaq mikroflasının pozulması ilə nəticələnir. Bu qidaların ağır həzm olunması ishal və yaxud günlərlə davam edən qəbzlik yaradır”.

Mütəxəssisin sözlərinə görə, dönəri 25 yaşına kimi olan gənclər qəbul edirsə təhlükə 2 qat artır. Həmin insanlar inkişaf dövründə olduqlarına görə sağlam rasionlu qidaların qəbuluna üstünlük verməlidirlər.

“Bundan əlavə qeyd edə bilərəm ki, yolüstü satılan qidalara əsasən kimyəvi, dadlandırıcı maddələr qatırlar. Onlara el arasında monosodium qlütamat, mononatrium qlütamat deyirlər. Bu qatılan maddələr isanlarda asılılıq yaratmaq gücünə malikdirlər”.

Mövzu ilə bağlı AQTA-dan isə bildirilib ki, ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirlər davam etdirlir:

Müayinələrin aparılması üçün hazır qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir və nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Ülkər Abdurahmanlı