-
- 26-10-2023, 15:58
- 147
Overçuk Zəngəzur dəhlizindən DANIŞDI: "Ermənistanın hələ də mövqeyi yoxdur"
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və İran arasında Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən keçən dəmir yolunun tikintisi layihəsini şərh edib.
News24.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Şimal-Cənuba gəlincə, burada qarşılıqlı əlaqə tamamilə normaldır. Bundan əlavə, bilirsiniz ki, Azərbaycan və İran faktiki olaraq Ermənistandan yan keçməklə Araz çayının cənub sahili boyunca uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar və faktiki olaraq İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair memorandum imzalayıblar. Ermənistan hazırda Şimal-Cənub dəhlizinin bir hissəsi deyil. Hələlik onlar Meğridən keçən yol ilə bağlı yekun mövqe formalaşdırmayıblar”,- deyə Overçuk əlavə edib.
Ayşən