Məktəbli qızlar itkin DÜŞDÜ
    • 27-10-2023, 09:36
    • 132

Məktəbli qızlar itkin DÜŞDÜ

Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüb.

News24.az xəbər verir ki, Gəncə şəhəri Xətai prospektində yaşayan, 2009-cu il təvəllüdlü Türkan Qurbanova ötən gün yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Tovuzun Aşağı Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Gülay Bayramova da ötən gün yaşadığı evdən naməlum istiqamətə gedərək itkin düşüb.

Hər iki fakt üzrə araşdırma aparılır.