Bakıda 7 nəfər liftdə qaldı - Köməyə FHN gəldi
    • 27-10-2023, 10:30
    • 116

Bakıda 7 nəfər liftdə qaldı - Köməyə FHN gəldi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində 3 halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

News24.az  FHN-nin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-i uşaq olmaqla 7 nəfərə müvafiq köməklik göstərilib.