İlin ikinci Ay tutulması BAŞLAYIB
    • 28-10-2023, 22:28
    • 119

İlin ikinci Ay tutulması BAŞLAYIB

2023-cü ilin ikinci Ay tutulması başlayıb.

News24.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bu, qismən Ay tutulmasıdır.

Bakı vaxtı ilə saat 22:01-də yarımkölgəli tutulma başlanıb. Saat 23:35-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14-də baş verəcək. Saat 00:52-də qismən tutulma, saat 02:26-da yarımkölgəli tutulma sona çatacaq.

2023-cü ilin ikinci Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkündür. Ay tutulması Azərbaycan ərazisində də müşahidə olunur.