Hesablama Palatasının auditorları istefa verməlidir - Deputat
    • 21-05-2024, 11:58
    • 265

Hesablama Palatasının auditorları istefa verməlidir - Deputat

“Korrupsiya ilə mübarizə sahəsində qanun qəbul etmişik, amma bununla bağlı profil qurum Milli Məclisə hesabat vermir. Hərbidə olduğu kimi, polis kollecləri də yaradılmalı, qəbul testlə olmalıdır. Belə olmasa, onlar nə öz hüquq və vəzifələrini, nə də vətəndaşın hüquq və vəzifələrini mənimsəyə biləcək. İnsan alverinə dair və bu kimi hesabatlar Milli Məclisin profil komitəsində müzakirə edilməlidir. Əgər hansısa məqam olarsa, plenar iclasda müzakirəyə çıxarıla bilər”. 

News24.az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O əlavə edib ki, Milli Məclisdə verilən hesabatlar qeyri-qənaətbəxş hesab olunarsa, həmin qurumun başında duran şəxs və ya Hesablama Palatasının auditorları istefa verməlidir.

Şəhanə