Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri ilə GÖRÜŞDÜ
    • 28-10-2023, 23:08
    • 158

Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri ilə GÖRÜŞDÜ

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

News24.az  xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi teleqram kanalında məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqlarının perspektivləri, habelə, İsrail-Fələstin münaqişəsi, habelə İslam ölkələri arasında qarşılıqlı əlaqələrin zəruriliyi barədə də fikir mübadiləsi aparılıb.