-
- 30-10-2023, 10:40
- 196
KTMT-nin keçmiş baş katibindən Ermənistan AÇIQLAMASI
“Ermənistanın gələcəyini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı olmadan təsəvvür edə bilmirəm”.
News24.az xəbər verir ki, bu sözləri KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja Belarus telekanalına müsahibəsində deyib.
O hesab edir ki, Ermənistan təşkilatdan kənarda deyil: “Bizim Ermənistanda bir çox siyasi qüvvələrlə çox yaxşı münasibətlərimiz var. Ona görə də, fikrimcə, bu, müvəqqəti hadisədir, amma istənilən halda Ermənistan Rusiya, Belarus və KTMT-nin yanında olacaq”.
Bordyuja vurğulayıb ki, o, Ermənistanın gələcəyini KTMT olmadan təsəvvür edə bilməz: “Mən sadəcə olaraq, o gələcəyi təsəvvür edə bilmirəm, çünki Ermənistan Rusiya ilə güclü inteqrasiya olunub və təkcə iqtisadi cəhətdən deyil, Rusiyada çoxlu sayda, bir neçə milyon erməni yaşayır”.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 24-də xalqa müraciətində ölkənin xarici və daxili təhlükəsizlik alətlərinin dəyişdirilməsi və əlavə edilməsi zərurətini bəyan edib. O qeyd edib ki, Ermənistanın uzun illər ərzində cəlb olunduğu xarici təhlükəsizlik sistemləri dövlət maraqları və təhlükəsizliyi baxımından səmərəsizdir.
Akqabay