-
- 30-10-2023, 17:50
- 213
"Fələstinlilər hücuma hazırdır" - Baqiri
"Fələstinli döyüşçülər İsrailin quru hücumuna hazırdır".
News24.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmmədhüseyn Baqiri deyib.
O deyib ki, müqavimət qüvvələrinin Qəzza zolağında 400 kilometrdən çox yeraltı tunel inşa edib.
“Qəzzanın şimalında (Fələstin) döyüşçülər 400 kilometrdən çox tunel inşa etdiklərini deyirlər. Onların bəzilərini nəqliyyat vasitələri və motosikletlər keçə bilər”.
Generalın sözlərinə görə, İsrail ordusu Qəzza zolağına qurudan hücumu təxirə salır, çünki belə bir əməliyyatın növbəti məğlubiyyət olacağını anlayır.
Baqiri əlavə edib ki, əgər İsrail məntiqli davranmaq istəsə, daha çox atəşkəslə razılaşmalı və danışıqlar yolu ilə vaxt qazanmalı olacaq.
Ayşən