Müxalif deputat hakimiyyətə səsləndi -
    • 31-10-2023, 16:10
    • 109

Müxalif deputat hakimiyyətə səsləndi - "Azərbaycanla Ermənistan arasında etimad körpüsünü..."

"Deyirsiniz ki, Azərbaycanla Ermənistan arasında etimad körpüsünü bərpa etmək istəyirik. Yaxşı olar ki, ilk öncə (Qərbi Gürcüstandakı) Samtredia-Qriqoleti körpüsünü bərpa edin. İnsanlar ondan istifadə etsinlər, gedib-gəlsinlər, daha sonra Ermənistanla Azərbaycan arasında etimad körpülərini bərpa etmək barədə düşünərsiniz".

News24.az  xəbər verir ki, bu sözləri "Vahid Milli Hərəkat" partiyasının üzvü Davit Kirkitadze parlamentin plenar iclasında hakimiyyət nümayəndələrinə səslənərkən bildirib.

Onun sözlərinə görə, hökumət lazımi addımlar atmadığı üçün Gürcüstan ötən il Ukrayna və Moldova ilə birlikdə namizəd statusu ala bilməyib.

“Bir neçə dəfə çıxıb təkrar etmisiniz ki, biz Avropanı istəyirik, ancaq Çinə səfərə gedirsiniz. Ölkəmizin əsas düşməni olan, Haaqa Məhkəməsi tərəfindən ittiham olunan şəxsin olduğu sammitlərdə iştirak edirsiniz. Avropa ölkələrinin paytaxtlarına səfər edən prezident barədə isə impiçment proseduru başladırsınız. Əgər siz belə uğur qazanırsınızsa, keçən il Moldova və Ukraynaya namizəd statusu veriləndə niyə bizim ölkəyə vermədilər?. Təəssüflər olsun ki, xalqımız naminə nəzərdə tutulan öhtəlikləri yerinə yetirmədiniz. Öyrəndiyimiz daha bir maraqlı şey odur ki, Azərbaycanla Ermənistan arasında etimad körpüsünü bərpa etmək istəyirsiniz. Yaxşı olar ki, ilk öncə (Qərbi Gürcüstandakı) Samtredia-Qriqoleti körpüsünü bərpa edin. İnsanlar ondan istifadə etsinlər, gedib-gəlsinlər, daha sonra Ermənistanla Azərbaycan arasında etimad körpülərini bərpa etmək barədə düşünərsiniz”, - deyə Kirkitadze vurğulayıb.

Aynurə