-
- 1-11-2023, 16:29
- 235
Keçmiş mer silahlı hücuma məruz qaldı
Dmanisinin keçmiş meri Qiorqi Tatuaşvili silahlı hücuma məruz qalıb.
News24.az xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl Dmanisinin mərkəzində baş verib.
Tatuaşvili şəxsi avtomobili ilə hərəkət etdiyi zaman onun istiqamətində odlu silahdan bir neçə dəfə atəş açılıb. Hadisənin digər detalları hələlik məlum deyil.
Məlumat üçün bildirək ki, Tatuaşvili 2020-ci ilin avqust ayında hakim partiyadan kənarlaşdırılıb. O, daha sonra "VMH" tərəfindən Dmanisi meri vəzifəsinə namizəd göstərilib.
Aynurə