Bərdədə yanğın oldu - 1 nəfər tüstüdən BOĞULDU
    • 2-11-2023, 08:32
    • 120

Bərdədə yanğın oldu - 1 nəfər tüstüdən BOĞULDU

Bərdədə həyətyanı sahədə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.

Belə ki, 10 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.