-
- 3-11-2023, 16:27
- 212
Qocalmanın dörd növü müəyyən olunub
ABŞ-ın Stenford Universitetinin Tibb Fakültəsindən bir qrup tədqiqatçı bioloji qocalmanın dörd növünü müəyyən edib.
News24.az xəbər verir ki, bu barədə “Daily Mail”in məqaləsində qeyd olunub.
Nəşrin yazdığına görə, yaşlanma növləri - immun, metabolik, qaraciyər və nefrotik - orqanizmdə uğursuzluqların müşahidə olunduğu yerlərlə əlaqələndirilir: immun sistemdə, metabolik sistemdə, qaraciyərdə və böyrəklərdə.
İmmun qocalmanı yaşayan insanlar otoimmün xəstəliklərə daha çox meyllidirlər. Yaşlanmanın metabolik növü ilə diabet və piylənmə ehtimalı olduqca yüksəkdir. Bundan əlavə, ürək çatışmazlığı da mümkündür. Nefrotik tipli insanlarda böyrək çatışmazlığı və pielonefrit inkişaf edə bilər.
Əvvəllər Şanxay Qidalanma və Sağlamlıq İnstitutunun alimləri qocalmanı hüceyrə səviyyəsində ləngidə bilən təbii vasitə müəyyən etmişdilər. Söhbət həkimlərin B3 vitamini çatışmazlığını kompensasiya etmək üçün xəstələrə təyin etdiyi bir maddədən gedir.
Rutin bir sıra bitkilərdə olur və Çin alimlərinin araşdırmalarında qocalmış hüceyrələrə faydalı təsir göstərmək qabiliyyətini nümayiş etdirib.
Ayşən