-
- 7-03-2022, 19:45
- 2 934
Bakıda Dünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirildi
Tədbir Səhiyyə Nazirliyinin (İctimai Səhiyyə və İslahatlar Mərkəzi – İSİM) dəstəyi ilə, Nutrisiologiya, diyetologiya və piylənmənin profilaktikası Akademiyası (ANDOP) və Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı altında keçirilib.
News24.az xəbər verir ki, Piylənmə problemi hazırda bütün dünyada kifayət qədər ciddi bir problemdir. Piylənməni 21-ci əsrin epidemiyası adlandırırlar və bir çox xəstəliklərlə müşayiət olunduğu üçün təhlükəlidir. İnkişaf etmiş ölkələrin əksəriyyətində yetişkin insanların 15-25%-i piylənmədən əziyyət çəkir. Bundan əlavə, uşaq və yeniyetmələr arasında da piylənmədə artım müşahidə olunur. Məhz bu faktlar dünyanın bütün elm ictimaiyyətini bu problemi həll etmək üçün birləşməyə vadar edir.
ÜST etiraf edir ki, piylənmə artıq qlobal səviyyədə epidemiyaya çevrilib. Həkimlər əhalini artıq çəki və piylənmə sahəsində maarifləndirmək üçün intensiv şəkildə kampaniya aparır, piylənmənin səbəblərini izah edir, fəsadları barədə xəbərdarlıq edir, habelə, profilaktikası və müalicə üsulları haqqında məlumat verirlər.
ANDOP un hər il ənənəvi olaraq keçirdiyi Beynəlxalq elmi konfrans çərçivəsində qlobal piylənmə probleminin müxtəlif aspektlərinə toxunuldu: piylənmənin profilaktikası, bariatrik və metabolik cərrahiyyə, uşaqlarda piylənmə, piylənmənin farmakoterapiyası, pasientlərin uzunmüddətli nəzarəti, piylənmə ilə mübarizə üzrə xüsusiləşdirilmiş mərkəzlərin yaradılması və s.
Tədbir bu sahədə çalışan müxtəlif ixtisaslı həkimləri - terapevtlər, kardioloqlar, endokrinoloqlar, diyetoloqlar, nutrisioloqlar və təşkilatları bir araya gətirəcək. Beynəlxalq konfransın fəal iştirakçılarına sertifikat veriləcək.
Tədbirin baş sponsoru: "EVAFARM". Sponsor: “VENATURA”
Qeyd edək ki, bu, davamlı tibbi təhsil üzrə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən akkreditə edilmiş tədbirdir. Tədbir həmçinin, Beynəlxalq Bariatrik Cərrahlar və Metabolik Xəstəliklər Federasiyası (IFSO) tərəfindən təsdiq olunub.