Nazir: Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir
    • 4-11-2023, 21:30
    • 120

Nazir: Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir

Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, ərazi adlarına beynəlxalq hüquq çərçivəsində hörmət edilməlidir.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında deyib.

O, bildirib ki, Azərbaycan 30 il işğaldan əziyyət çəkib, insanlar evlərindən ən ağır şəraitdə didərgin salınıblar. Vaxtilə buna heç kəsin reaksiyası olmadığı halda, indi sakit, dinc şəraitdə, həm də özlərinin istəyi ilə Qarabağı tərk edən ermənilərə daha çox can yandırılır.

“Azərbaycan sülh sazişinin bağlanması istiqamətində bütün formatda danışıqlara hazırdır və bu istiqamətdə səylərini davam etdirir”, - deyə nazir vurğulayıb.