Milyarder ad günü üçün dəbdəbəli şəhər
    • 5-11-2023, 09:00
    • 316

Milyarder ad günü üçün dəbdəbəli şəhər "aldı"

Yapon milyarder Kaoru Nakajima 73 yaşını Palermo şəhərində dəbdəbəli şəkildə qeyd etməyi planlaşdırır.

News24.az axşam.az-a istinadən bildirir ki, milyarder şəhərin ən qədim və məşhur məkanlarının bəzilərini ad gününü qeyd etmək üçün icarəyə götürüb. Onun özəl günündə 1400 qonaq iştirak edəcək. Ziyafətin 4 gün davam edəcəyi bildirilir.

Belə ki, Kaoru şəhərin bir sıra attraksionlarını, o cümlədən opera teatrlarını və çoxəsrlik hotellərini kənar adamların üzünə bağlamağa nail olub. Milyarderin icarəyə götürdüyü binalar arasında İtaliyanın ən böyük opera teatrı olan Teatro Massimo da yer alıb.

132 yaşlı Politeama Teatrında isə qonaqlarının əylənməsi Kaoruya 37 min avroya başa gəlib. Məşhur dirijor Rikkardo Muti əyləncə gecəsində dirijorluq edəcək. Kaorunun qonaqları üçün əfsanəvi italyan tenoru Andrea Boçellinin oğlu Matteo Boçellinin konsertini də təşkil edəcəyi də şayiələr arasında yer alıb.

 Palermoda qonaqlarını yerləşdirmək üçün artıq iki beşulduzlu hoteli də icarəyə götürüb. 

Kaorunun bu addımı xarici mediada milyarderin Palermo şəhərini "alması" kimi təqdim olunub.

Lakin onun ekstravaqant ad günü şənliyi ilə bağlı planları rəsmiləri qəzəbləndirib və onlar milyarderin bir neçə əlamətdar məkanı icarəyə götürməsinə necə icazə verildiyini sual ediblər. Siciliya qubernatoru Renato Şifani Palermo meri Roberto Laqali dörd günlük ziyafətə razılıq verdiyinə görə tənqid atəşinə tutub. O, Kaoruya qısa müddətdə və asanlıqla bu qədər məkanı icarəyə verilməsindən narahat olduğunu və bunun digər super zəngin insanlara pis nümunə ola biləcəyini qeyd edib.