Azərbaycanlı karateçi beşqat dünya çempionu olub
    • 5-11-2023, 14:28
    • 207

Azərbaycanlı karateçi beşqat dünya çempionu olub

Yaponiyanın Matsuyama şəhərində karatenin aşihara növü üzrə keçirilən dünya çempionatına yekun vurulub.

News24.az-ın məlumatına görə, verilən məlumata görə, yarışda milli komandamızın karateçiləri uğurla çıxış ediblər.

Yığmanın üzvlərindən 60 kiloqram çəki dərəcəsində Musa Musazadə bütün rəqiblərinə qalib gələrək beşinci dəfə dünya çempionu tituluna yiyələnib.

14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Fərman Rəhimov isə mundialı üçüncü yerdə başa vurub.