Bunu birbaşa Vaqif Xaçatryanın dəstəsi həyata keçirdi - Zərərçəkmiş
    • 6-11-2023, 10:40
    • 150

Bunu birbaşa Vaqif Xaçatryanın dəstəsi həyata keçirdi - Zərərçəkmiş

30 min azərbaycanlının Qarabağdan qovulması və qətlə yetirilməsini birbaşa Vaqif Xaçatryanın dəstəsi həyata keçirdi.

News24.az-ın məlumatına görə, bunu Yasamal rayon məhkəməsində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımda təqsirləndirilən erməni əsilli Vaqif Xaçatryanın işi üzrə məhkəmə prosesində şahid Azay Kərimov deyib. O bildirib ki, 90-cı ildə Azərbaycana gəlib və zabit kimi ölkənin müdafiəsinə qoşulub. Həmin vaxt Şuşa şəhərində polisdə işləyib: "O vaxt milli münaqişəni qızışdırdılar. Onlar Samvel Balasaryan, Köçəryan, Sarkisyan və digərləri idi. Xaçatryanın komandası Ermənistandan gəlmiş, xüsusi hazırlanmış şəxslər idi. Onlar Köçəryanın tapşırığı ilə gəlmişdilər. 

Onlar iki komanda idi. Bir komanda döyüşürdü, ikinci komanda isə səngərdən qaçan erməniləri öldürürdü. Biz 5-10 erməni öldürmüşüksə, Qarabağ ermənilərinin 80 faizini özləri qırıb. 

Şuşa türməsində 337 nəfər saxlanmalı idi. Amma Şuşa türməsində yer yox idi. Biz Xaçatryanı tutduq. Onlar 3 nəfər idi. 

Meşəli hadisəsi baş verəndə mən Malıbəyli kəndində idim. Mən Malıbəylinin müdafiəsini təşkil edirdim. Dedilər ki, Meşəli kəndinə hücum ediblər, mən Meşəliyə gəldim. Meşəlidə 11 erməni evləri qarət edirdilər. Biz 8 nəfəri öldürdük, 3 nəfər qaldı. Meyitləri götürənlərdən biri də bu Vaqif idi. Vaqifi gətirdim Şuşa türməsinə. Axşam dedilər ki, Vaqif dişləri ilə damarını kəsib. Gəldik gördük ki, dişləyib damarını dağıdıb. Tikiş qoydular, axşam gördüm ki, tikişi də sökmək istəyir. 

Dağlıq Qarabağda yaşayan ermənilərin 70 faizi Ramil Usubova işləyirdi. Biz əməliyyat məlumatı əsasında gedirdik ünvana. Ramil Usubov o vaxt Xocalıda polis işləyirdi. Biz konkret ünvana gedirdik. Əməliyyat məlumatı əsasında Xaçatryanı tutduq. Amma bir ay sonra məhkəməsiz Şuşa türməsində buraxdılar getdi. 

Qarabağdan çıxarılan 30 min azərbaycanlını öldürən, didərgin salan Vaqif Xaçatryan və onun dəstəsi idi. Vaqif özbaşına deyildi, o əgər azərbaycanlıları qırmasaydın, onun qızını, arvadını zorlayardılar".