Metroda sərnişindaşıma qiymətləri artırılır? - RƏSMİ
    • 6-11-2023, 13:27
    • 132

Metroda sərnişindaşıma qiymətləri artırılır? - RƏSMİ

"Bakı Metropoliteni" QSC tərəfindən Tarif Şurasına sərnişindaşıma qiymətlərinin artırılması ilə bağlı müraciət olunmayıb".

News24.az xəbər verir ki, bunu jurnalistlərə qapalı səhmdar cəmiyyətin sədr müavini Hidayət Məmmədov bildirib:

"Rəsmi şəkildə bəyan edirəm ki, tərəfimizdən bu istiqamətdə hər hansı müraciət olunmayıb. Yaxın vaxtlarda da metropolitendə sərnişindaşıma qiymətlərinin artırılması ilə bağlı hər hansı rəsmi müraciətin edilməsi gözlənilmir".

Fərid Azəri