Bakı metrosu nə vaxt açılacaq? - AÇIQLAMA
    • 4-02-2021, 14:03
    • 386

Bakı metrosu nə vaxt açılacaq? - AÇIQLAMA

Təhsil Nazirliyi 8-15 fevral tarixlərindən etibarən orta ümumtəhsil, ali məktəblər və bağçalarda əyani təhsilin qismən bərpa olunacağını bəyan edib. Bakıda fəaliyyət göstərən avtobusların sayı və yaranmış sıxlığı nəzərə alaraq, hazırkı məqamda insanları ən çox düşündürən sual metronun hansı tarixdə açılmasıdır. 

Elə biz də bununla bağlı sorğumuzu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sözçüsü Bəxtiyar Məmmədova yönəltdik.

O, News24.az-a açıqlamasında bildirib ki, metronun hansı tarixdə açılacağı hələ ki, bilinmir:

“Metropolitenin sərnişindaşıma fəaliyyətinə başlaması və onun hansı qaydada tənzimlənməsi ilə bağlı qaydalar mütləq şəkildə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilməlidir. Qərargah nə zaman qərar versə, metro işləməyə hazır vəziyyətdə olacaq”.