Bakının havasında toz və dəm qazı normadan yüksəkdir
    • 7-11-2023, 16:42
    • 205

Bakının havasında toz və dəm qazı normadan yüksəkdir

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

News24.az xəbər verir ki,  bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.2, dəm qazı 1.3, Sumqayıt şəhərində azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.