Təhsil Şöbəsinin binası çökdü
    • 25-06-2024, 22:40
    • 11 238

Təhsil Şöbəsinin binası çökdü


Ağstafa Rayon Təhsil Şöbəsinin binası çöküb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün iş saatlarında baş verib.

Binanın çökməsinə səbəb ötən günlərdə baş verən fırtınanın olduğu iddia olunur.

Qeyd edək ki, hadisə zamanı yaralanan olmasa da, binada işçilər və digər şəxslər olub.

Günel