Məşhur müğənni vəfat etdi
    • 25-06-2024, 23:20
    • 635

Məşhur müğənni vəfat etdi

“Butterfly ” hit mahnısı ilə tanınan “Crazy Town” qrupunun solisti Set Binzer 49 yaşında vəfat edib. 

News24.az xəbər verir ki, bu barədə Newsweek Los-Anceles məhkəmə ekspertlərinin məlumatlarına istinadən yazır.

Binzer Shifty Shellshock kimi də tanınır.

O, Los-Ancelesdəki evində ölü tapılıb. Ölümün səbəbləri açıqlanmır.

Qeyd edək ki, Crazy Town qrupunun Butterfly mahnısı 2000-ci ilin noyabrında işıq üzü görüb. Billboard Hot 100 cədvəlində bir nömrəyə çatıb.

Set Binzer həmçinin Clifford və Shark Hunters da daxil olmaqla bir sıra film və seriallarda rol oynayıb.

Günel Məlikzadə