Basketbol millimizdə maraqlı olay – Ana ilə övlad eyni anda meydana çıxdı
    • 12-11-2023, 21:17
    • 148

Basketbol millimizdə maraqlı olay – Ana ilə övlad eyni anda meydana çıxdı

Azərbaycan qadın basketbolu tarixində ilk dəfə olaraq bir matçda ana və qız eyni vaxtda meydançaya çıxıblar.

News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, Avropa çempionatının (EUROBASKET 2025) seçmə mərhələsinin C qrupunda baş tutmuş Azərbaycan və Belçika milliləri arasında keçirilən oyunda (28:136) Tatyana Deniskina və qızı Ancelina İsmayılova eyni anda parket üzərində olublar. 

Ana və qız Litva millisinə qarşı oyunda da, meydançada birlikdə mübarizə aparmışdılar. 

Qeyd edək ki, Ancelina İsmayılova U-16 Azərbaycan milli komandasının tərkibində qızlar arasında basketbol üzrə Avropa çempionatı C divizionunun qalibidir..