Rusiya Müdafiə Nazirliyindən MÜHÜM AÇIQLAMA
    • 13-11-2023, 10:47
    • 140

Rusiya Müdafiə Nazirliyindən MÜHÜM AÇIQLAMA

Rusiya Müdafiə Nazirliyi Zaporojya AES-ə hücumların sayının azaldığını bildirib.

News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) işini pozmaq və onun infrastrukturuna ziyan vurmaq cəhdlərinin sayı Ukraynada xüsusi hərbi əməliyyatın başladığı dövrlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb. Bunu “Krasnaya Zvezda” qəzetinə müsahibəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (RCBZ) rəisi general-leytenant İqor Kirillov deyib.

Kirillov vurğulayıb ki, atom elektrik stansiyalarının təhlükəsizliyinin pozulması təkcə yaxın ərazilər üçün deyil, həm də bütün dünya üçün mənfi nəticələrlə doludur. 

"Bu, radiasiya sızmasına, su hövzələrinin, torpağın və atmosferin çirklənməsinə səbəb ola bilər. Buna görə də, nüvə stansiyalarının fəaliyyətinin sabitliyini pozmağa yönəlmiş istənilən hərəkət nüvə terrorizmi kimi qiymətləndirilməlidir"-deyə, o qeyd edib.

Ülkər Abdurahmanlı