Xatirə İslamdan boşanma xəbərinə REAKSİYA
    • 14-11-2023, 11:06
    • 389

Xatirə İslamdan boşanma xəbərinə REAKSİYA

Müğənni Xatirə İslam izləyicisinin sualına qəzəblənib. 

News24.az xəbər verir ki, bir izləyicisi müğənninin fotosunun altına “Yoldaşınızdan niyə ayrılmısınız” sualını ünvanlayıb. Bu isə müğənnini özündən çıxarıb: 

“Bunun sizə dəxli varsa, deyim. Nəyinizə lazımdır? Ayrılmamışıq. Belə bir şey olsa, heç vaxt gizlətmərəm. Amma sizin cümləniz mənasızdır. Göz önündə olan insan hər şeyini sizə danışmaq məcburiyyətində də deyil. Hamının şəxsi həyatı tək ona aiddir, sizə yox".