ŞOK OLAY! Məktəbdə müəllim şagirdi DÖYDÜ - FOTO
    • 14-11-2023, 21:11
    • 415

ŞOK OLAY! Məktəbdə müəllim şagirdi DÖYDÜ - FOTO

Rusiyanın Kaluqa ərazisində orta məktəbdə müəllim əlində telefonla sinifdə oturan yeniyetməni vurub.

News24.az xəbər verir ki, bu barədə məlumatı “Rise” Telegram kanalı yayıb.

Bildirilir ki, hadisə dərs zamanı baş verib və yayılan video şagirdlər tərəfindən lentə alınıb.

Videogörüntülərdə şagirdin davranışından qəzəblənən müəllim onun üstünə qışqırır, sonra oğlanın əlindən telefonu alır. Daha sonra qələm qutusu və dəftərlərlə ona zərbələr endirir.

Məlum olub ki, müəllim bir neçə şagirdin dərsdə smartfondan istifadə etməsinə əsəbiləşib. Məktəbinin rəhbərliyi bildirib ki, videoya çəkilən hadisə bir həftə əvvəl baş verib və şikayət olmayıb.

“Məktəbdə telefonlara icazə verilmir. Hətta bununla bağlı nazirliyin əmri də var”, - deyə təhsil müəssisəsindən bildirilib.

Aynurə