-
- 14-11-2023, 19:37
- 189
“Fransadan gələn silahlar hər hansı bir ciddi problemi həll edə bilməz” - Erməni deputat
“Əsas problem Ermənistan və Fransa arasında hərbi-texniki əməkdaşlıq paketinin əhatə dairəsini anlamaqdır”.
News24.az Ordu.az-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abrahamyan deyib.
Onun sözlərinə görə, əgər Fransadan gələn silahlar yalnız zirehli texnika, bir neçə yer müəyyənləşdirici radar və bir neçə ədəd digər silahlarla məhdudlaşırsa, təbii ki, bu, hər hansı bir ciddi problemi həll edə bilməz.
“Bir qayda olaraq, hərbi-texniki əməkdaşlığın təfərrüatları nə kəmiyyət, nə də həcm baxımından təfərrüatlı dərc edilmədiyindən hazırda nə ilə əvəz oluna biləcəyini söyləmək çox çətindir”, - deyə Abrahamyan qeyd edib.
Erməni deputat vurğulayıb ki, 2018-ci ilə qədər Ermənistan bir tərəfdən müxtəlif beynəlxalq aktorlar və strukturlar arasında balansı təmin etməyə çalışıb.
“Ermənistan sərt siyasətin məntiqini rəhbər tutmaqda davam edir, heç nə dəqiq deyil. Hətta münasibətlər qurmağa çalışdıqları ölkələrlə belə, indiki halda Rusiya ilə bunu o qədər bacarıqsız şəkildə edirlər ki, onun şərtlərində heç bir yeni istiqamət çəkilmir, mövcud əlaqələr də məhv edilir. Bu, Ermənistanın Cənubi Qafqazda müxtəlif geosiyasi mərkəzlər arasında toqquşma obyektinə çevrilməsinə gətirib çıxarır. Belə olan halda bizim ərazi və insan itkilərimiz olur”, - deyə o bildirib.