Daha bir yanğın: 4 azyaşlı dünyasını dəyişdi
    • 23-11-2023, 08:55
    • 326

Daha bir yanğın: 4 azyaşlı dünyasını dəyişdi

Filippinin Sebu şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 4 uşaq ölüb.

News24.az report-a istinadən xəbər verir ki, bu barədə "Xinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın təxminən yarım saat davam edib. Hadisə zamanı 11 aydan 11 yaşa qədər olan 4 uşaq dünyasını dəyişib. Bir qadın və bir kişi də xəsarət alıb.

Rəsmilərin məlumatına görə, ümumilikdə 7 bina alovlar içində qalıb. Yanğının başvermə səbəbi müəyyənləşdirilir.