Məktəbli açıq lyukun içinə düşdü - FOTO
    • 23-11-2023, 15:27
    • 186

Məktəbli açıq lyukun içinə düşdü - FOTO

Yekaterinburqda doqquz yaşlı uşaq açıq quyuya düşüb.

News24.az xəbər verir ki, bu barədə E1.ru məlumat yayıb.

Hadisə Anqarskaya və Texniçeskaya küçələrinin kəsişməsində baş verib. Xəsarət alan uşağın anasının dediyinə görə, oğlu və dostları məktəbdən evə qayıdarkən o, piyada keçidinin yaxınlığında yerləşən açıq kanalizasiya quyusuna yıxılıb.

Sinif yoldaşları onu çıxarmağa çalışsalar da, lakin gücləri çatmayıb. Yoldan keçən gənclər uşağın quyudan çıxmasına kömək ediblər.

Məktəblinin anası oğlunun yıxılan zaman başından zədə aldığını deyib. 

Nəzrin