"Görüşlərdən nəticə çıxmadı, məkan dəyişdi" - Politoloq
    • 23-11-2023, 16:20
    • 119

"Görüşlərdən nəticə çıxmadı, məkan dəyişdi" - Politoloq

"Danışıqların Vaşinqton, Brüssel və Moskva formatı Minsk Qrupu həmsədrlərini xatırlatmağa başlayıb. Bu gedişat nəticə verməyəcək”.

News24.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, birbaşa danışıqlara və müzakirələrə hədəflənmək lazımdır: “İki ölkənin birgə işçi qrupunun formalaşmasına ehtiyac var”.

Politoloq bildirib ki, Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının bir iclasından nəticə gözləmək doğru olmaz.

“Ancaq bu, fərqli maraqları olan müxtəlif vasitəçi dövlətlərdə keçirilən müzakirələrdən daha faydalıdır. İl bitmək üzrədir, vasitəçilərin iştirakıyla keçirilən görüşlərdən nəticə çıxmadı”.

Ayşən