İdmançımız 28-ci dəfə DÜNYA ÇEMPİONU OLDU
    • 24-11-2023, 20:11
    • 464

İdmançımız 28-ci dəfə DÜNYA ÇEMPİONU OLDU

Portuqaliyanın Albufeyra şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında Azərbaycan idmançısı Eduard Məmmədov bütün rəqiblərini üstələyərək turnirin qalibi olub.

News24.az Apasport.az-a istinadla xəbər verir ki, təmsilçimiz 63 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Belə ki, Eduard Məmmədov “Light Contact” və “Kick Light” versiyaları üzrə 6 döyüş keçirib. Portuqaliya, Britaniya, Qırğızıstan, Macarıstan, Hindistan, finalda isə Slovakiya idmançılarına qalib gələn kikboksçumuz karyerasının 28-ci dünya çempionluğunu yaşayıb.