Gözəl Zutova Avropa çempionatının qalibi oldu
    • 7-10-2023, 14:11
    • 529

Gözəl Zutova Avropa çempionatının qalibi oldu

2-4 oktyabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Gözəl Zutova Bakıda keçirilən kəmər güləşi üzrə III Avropa çempionatında birinci yerə layiq görülüb.

FHN-dən News24.az-a verilən xəbərə görə, Gözəl Zutova 76 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Gözəl Zutova Dünya, Avropa və Azərbaycan çempionu olmaqla yanaşı dəfələrlə beynəlxalq turnirlərin qalibi olub.