Məktəblərdə ev tapşırığı ləğv olunur? - AÇIQLAMA
    • 27-11-2023, 14:32
    • 151

Məktəblərdə ev tapşırığı ləğv olunur? - AÇIQLAMA

"Bəzi valideynlər sosial şəbəkədə sevinməyə başlayıblar ki, guya ev tapşırığı ləğv edilib, lakin bu belə deyil ".

News24.az xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm naziri Giorgi Amilaxvari "Tədrisdə yeni islahat planı" haqqında danışarkən bildirib.

"Ev tapşırığı deyil, mərkəzləşdirilmiş qiymətləndirmə sistemi ləğv olunur. Yəni, məktəblər daha çox müstəqillik əldə edəcək və öz sistemlərini yarada, öz meyarlarını inkişaf etdirə biləcəklər" , - nazir əlavə edib.

Nazir bildirib ki, artıq məktəblər qərar qəbul etməkdə daha çox sərbəstliyə malik olacaqlar:

- Məktəblər öz reytinq sistemlərini yarada biləcək;

- Dərs saatlarının cədvəlini və dərs cədvəlini müəyyən edəcəklər;

- Müəllim heyətinin funksiyaları məktəblərin özləri tərəfindən müəyyən ediləcək.

Giorgi Amilaxvari onu da qeyd edib ki, etnik azlıqları təmsil edən tələbələrə qoyulan məhdudiyyət aradan qaldırılır: "Əvvəllər ana dilinin tədrisini təşkil etmək üçün 10 nəfərlik qrup toplamaq lazım idi. İndi bu rəqəm şərt deyil və məktəb fərdi qaydada xidmət göstərməyə borcludur".

Nəzrin