-
- 31-07-2024, 15:20
- 176
Çindən Almaniyaya KİBERHÜCUM
Almaniya Xarici İşlər Nazirliyi 2021-ci ildə Almaniya Federativ Respublikasının Federal Geodeziya və Xəritəçəkmə İdarəsinə (BKG) həyata keçirilən kiberhücuma görə Çinin Berlindəki səfirini çağırıb.
News24.az TASS-a istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
“2021-ci ildə Federal Geodeziya və Xəritəçəkmə İdarəsinə ciddi kiberhücum oldu. Bu gün biz bilirik ki, dövlətin nəzarətində olan çinli kibercinayətkarlar BKG şəbəkəsinə casusluq məqsədilə sızıblar”, – diplomat bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Almaniya hökuməti kiberhücumu pisləyir.
Məryəm İlhamqızı