UEFA yeni liqa formatı üçün prosedurlarını açıqladı
    • Bu gün, 15:51
    • 58

UEFA yeni liqa formatı üçün prosedurlarını açıqladı

UEFA rəsmi saytında yeni formatda keçiriləcək avrokubokların püşkatmasının kompüter proqramları vasitəsilə atılacağını açıqlayıb.

News24.az xəbər verir ki, avqustun 29-30-da Monakonun paytaxtı Monte Karloda Grimaldi Forumda keçiriləcək Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının püşkatma mərasimi bu il ilk dəfə olaraq 36 komandanın iştirakı ilə liqa formatında keçiriləcək.

Bildirilib ki, arenada hər komandanı təmsil edən toplar əl ilə çəkiləcək və daha sonra avtomatik proqram dörd qabda səkkiz rəqibi təsadüfi olaraq müəyyən edəcək.

UEFA komandaların hansı oyunlarının evdə, hansının səfərdə oynanılacağına proqram təminatının qərar verəcəyini və matçların zalda ekranda göstəriləcəyini bildirib.

Oynanacaq qarşılaşmalarda təqvim ziddiyyətlərinin qarşısını almaq üçün 31 avqust şənbə günü, matçın tarixləri və başlama saatları daxil olmaqla təyinat açıqlanacaq.

Günel Məlikzadə