Biz buna görə Heydər Əliyevə minnətdar olmalıyıq - Ziyafət Əsgərov
    • 29-11-2023, 12:12
    • 264

Biz buna görə Heydər Əliyevə minnətdar olmalıyıq - Ziyafət Əsgərov

Heydər Əliyev hakimiyyətə gələndə nə siyasi sistem, nə də iqtisadi vəziyyət yaxşı deyildi. Heydər Əliyev hakimiyyətə gələndə qarşısında üç mühüm vəzifə dururdu. bunları bərqərar etmədən müstəqillikdən söhbət gedə bilməzdi. 

News24.az xəbər verir ki, bunu Baş Prokurorluğun “Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı konfransda millət vəkili Ziyafət Əsgərov deyib. 

Onun sözlərinə görə, biz buna görə Heydər Əliyevə minnətdar olmalıyıq:

“Heydər Əliyev hakimiyyətə gələndə nə iqtisadiyyat, nə siyasi sistem, nə də hüquq sistemi qaydasında deyildi. Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkənin həm iqtisadi gücü artırıldı, eyni zamanda hüquq sistemi də qaydaya salındı. Onun uğurlu siyasətinin nəticəsində bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bilib. Artıq öz sərhədlərinə nəzarət edir və separatizmə son qoyub”. 

Millət vəkili əlavə edib ki, bu gün Azərbaycanın qarşısında duran vəzifələr həll edilib. Qarşımızda indi duran vəzifə sosial təminatın yüksəldilməsi və Qarabağın dirçəldilməsidir.

Qumral