Dəmiryolu relslərini oğurlamağa cəhd edənlər SAXLANILDI
    • 8-04-2019, 12:11
    • 812

Dəmiryolu relslərini oğurlamağa cəhd edənlər SAXLANILDI

Polis əməkdaşlarının sayıqlığı sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, aprelin 7-də saat 1 radələrində Keşlə dəmiryolu stansiyasının ərazisindən 10 ədəd relsi oğurlamağa cəhd göstərən 3 nəfər Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Keşlə Xətt Polis Bölməsinə təhvil verilib. 

Araşdırmalarla onların əvvəllər məhkum olunmuş - Şamaxı rayon sakini M.Xəlilov, Sumqayıt şəhər sakini İ.Ağayev və Bakı şəhər sakini S.Xanıyev olduqları müəyyən edilib.
 
Araşdırma aparılır.