Hansı əclafa bu gərəkdir, məqsədi nədir ... - Murad Arif əsəbiləşdi - VİDEO
    • 7-12-2023, 22:38
    • 259

Hansı əclafa bu gərəkdir, məqsədi nədir ... - Murad Arif əsəbiləşdi - VİDEO

Tanınan estrada müğənnisi, bəstəkar Murad Arifin “Facebook” səhifəsi oğurlanıb.

News24.az xəbər verir ki, bu barədə müğənni "İnstagram" səhifəsində məlumat yayıb. Müğənni məlumatında qeyd edir: 

“Əziz dostlar, araşdırmaların məntiqi nəticəsi olaraq təsdiq olundu ki, mənim “Facebook” profilim və səhifəm “hack”lənib. (Oğurlanıb) 

Hansı əclafa bu gərəkdir, məqsədi nədir bilmirəm, amma məni tanıyanlardan xahiş edirəm ki, diqqətli olsunlar. Sizə mənim adımdan nələrsə yazıla bilər, yaxın günlərdə səhifəmdə nələrsə baş verə bilər. Bu çağırışımı bacardığınız qədər yayın. Hazırda “Facebook” səhifəm məndə deyil”. 

Həmin görüntüləri təqdim edirik: