-
- 11-12-2023, 14:26
- 284
"Ermənistanı itiririk, şans olmayacaq" - Karapetyan
“Rusiya hərbi bazası Ermənistanı tərk edən kimi Ermənistanla heç kim maraqlanmayacaq”.
News24.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan “Noyan Tapan” qəzetinə müsahibəsində deyib.
“Ermənistan rəhbərliyinin hazırkı hədəfi Rusiya hərbi bazasının ölkədən çıxarılması və KTMT üzvlüyünə son qoymaqdır. Ermənistanı itiririk, itirsək, bir daha dövlət olmaq şansımız olmayacaq”.
Karapetyanın fikrincə, xarici siyasi vektorun dəyişdirilməsi, KTMT-yə qarşı demarşlar Ermənistanın aktor olmadığı son dərəcə təhlükəli oyundur:
“Ermənistan rəhbərliyi uzaqdan pultla idarə edilir, onu idarə edən də Amerika səfirliyində oturub. Biz dövləti itiririk, bir daha şans olmayacaq”, - deyə o vurğulayıb.
Ayşən