Güclü ZƏLZƏLƏ ehtimalı... - Qurban Yetirmişli DANIŞDI
    • 12-12-2023, 11:25
    • 796

Güclü ZƏLZƏLƏ ehtimalı... - Qurban Yetirmişli DANIŞDI

Ötən gün 47 yeraltı təkan olub.

News24.az bildirir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu cür yeraltı təkanların olması enerji boşalması üçün əhəmiyyətlidir:

"Yeraltı təkanlarla bağlı narahat olmağa ehtiyac yoxdur. Elə bir bölgə yoxdur ki, güclü zəlzələ ehtimalı olsun".