"Rusiya məğlub edilə bilməz başqa  həll tapmaq lazımdır" - Vuçiç
    • 15-12-2023, 14:04
    • 152

"Rusiya məğlub edilə bilməz başqa həll tapmaq lazımdır" - Vuçiç

“Rusiya məğlub edilə bilməz, bu, artıq hamıya aydındır, ona görə də Ukraynada yaradılmış vəziyyətin həllini tapmaq lazımdır”.

News24.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

“Ukraynadakı vəziyyətə nəzər salsanız, aydındır ki, Rusiya müharibəni uduza bilməz. Mənə elə gəlir ki, bu, artıq hamıya aydındır. Mən bu və ya digər tərəfin marağı və narahatlığından yox, faktlardan danışıram”, - Serbiya lideri bildirib.

Vuçiçə görə, Rusiyanın məğlubiyyəti indi mümkün deyil, çünki “ehtiraslar o qədər qızışıb” ki, ən kiçik güzəşt xəyanət və milli maraqlara güzəşt kimi qiymətləndiriləcək.

Serbiya prezidenti Ukraynada müharibənin uzunmüddətli olmasının səbəbini açıqlayıb: “çünki heç kim təkliflə çıxış edə bilməz”.

Ayşən