Elmir Ramazanov:
    • 15-12-2023, 19:00
    • 151

Elmir Ramazanov: "Şəffaflıq və vətəndaş razılığı strateji hədəfimizdir" - VİDEO

Dekabrın 15-də kütləvi informasiya vasitələri nümayəndələrinin Bakı Baş Gömrük İdarəsinə mediaturu  təşkil edilib.

News24.az xəbər verir ki, tədbir gömrük sistemində aparılan təkmillləşdirmələrlə bağlı rəsmiləşdirilmə prosesində reallaşdırılan yeniliklər barədə media nümayəndələrini məlumatlandırmaq məqsədilə keçirilib.

Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov bildirib ki, vətəndaş və sahibkar məmnuniyyətinin təmin edilməsi, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi gömrük orqanlarının strateji hədəflərindəndir.Qeyd olunub ki, Bakı Baş Gömrük İdarəsi də fəaliyyətini bu strateji hədəflərin uğurla reallaşdırılması, sahibkarlar üçün münbit biznes mühitinin yaradılması istiqamətində qurur. Məqsəd müasir texnologiyalara, qabaqcıl təcrübələrə əsaslanan rəqəmsal həllər yaratmaq, şəffaflığı artırmaq, “könüllü əməletmə” prinsipini formalaşdırmaqdır.

Daha ətraflı RTV-də: