-
- 22-08-2019, 12:40
- 913
Azərbaycanlı gənc fəal 'Yaşıl bilet' qazandı
BMT dünyanın müxtəlif ölkələrindən seçilmiş 100 gənc fəalın bu ilin sentyabrın 21-də Nyu Yorkda keçiriləcək İqlim üzrə BMT-nin Gənclər Sammitində iştirakı üçün dəstək alacağını bəyan edib.
BMT-nin Qlobal Kommunikasiyalar Departamentindən News24.az-a verilən məlumata görə, Azərbaycandan olan gənc fəal Nicat Eldarov 100 'Yaşıl Bilet' qazananlar sırasındadır.
"Yaşıl bilet" qalibləri BMT-nin ilk dəfə keçirəcəyi İqlim üzrə Gənclər Sammitində iştirak üçün seçilmiş iqlim sahəsində 500-dən çox gənc liderin sırasına qoşulacaq. Bu zirvə görüşü, iqlim dəyişikliyinə qarşı mübarizə aparan gənc liderlərə öz həll yollarını qlobal səhnədə nümayiş etdirmək, eləcə də bu aktual və vacib problemlə bağlı qərar qəbul edənlərlə birbaşa əlaqə yaratmaq üçün bir platforma olacaq. Gənc liderlər İqlim üzrə Gənclər Sammitində aparılan müzakirələrin nəticələrini sentyabrın 23-də keçiriləcək İqlim üzrə Fəaliyyət Sammitində təqdim edəcəklər.
Dünyanın bütün regionlarını təmsil edən 100 'Yaşıl Bilet' qalibi, yaşı 18-dən 29-a kimi olan 7000-dən çox namizədin arasından iqlim böhranının həlli və inkişaf yolları sahəsindəki fəaliyyətlərinə görə seçilib. Qaliblər İqlim üzrə Gənclər Sammitində iştirak məqsədilə Nyu Yorka ekoloji cəhətdən ən az zərərli marşrutla səyahət edəcəklər.
BMT-nin baş katibi Antonio Quterreş Yaşıl Bilet qaliblərini video müraciət vasitəsilə təbrik edib: "Dünyanı hər bir yerində yaşayan gənclərə sammiti onlayn izləməyə və öz ölkələrində iqlim fəaliyyətinin müvəkkili olmağa səsləyirəm.”
İqlim üzrə BMT-nin Gənclər Sammiti haqqında ətraflı məlumat üçün:https://www.un.org/en/climatechange/youth-summit.shtml saytını nəzərdən keçirə, Sammitlə bağlı ən son yenilikləri Twitter, Instagram və Facebook-da @UNYouthEnvoy-səhifəsindən izləyə bilərsiniz.
BMT baş katibinin təşəbbüsü ilə keçirilən 2019-cu il İqlim üzrə Fəaliyyət Sammiti haqqında əlavə məlumat üçünhttps://www.un.org/en/climatechange/index.shtmlsaytına nəzərdən keçirə, tədbirlə bağlı ən son xəbərləri isə Twitter-də @ledealba hesabından izləyə bilərsiniz.