Bülent Ersoyu Budda bilib sitayiş etdilər
    • 18-12-2023, 15:49
    • 224

Bülent Ersoyu Budda bilib sitayiş etdilər

“Nepalda Bülent Ersoyu Budda bilib sitayiş etdilər, ayaqlarına sarıldılar”

News24.az Lent.az-a istinadla xəbər verir ki, bunu şou-proqramlardan birində müğənni Safiyə Soyman deyib.

Hadisə bir neçə il öncə, onlar  “Dünya gözəlləri” telelayihəsi çərçivəsində Asiya ölkələrində birlikdə səfərdə olarkən baş verib.

 “Nepalda Budda məbədinə narıncı rəngli libas geyinib, Tanrıça kimi makiyaj etdirmiş Bülent xanım ziyarətə gələnlərin böyük marağına səbəb oldu. Bir neçə qadın məbəddə Budda heykəlini qoyub onun ayaqlarına qapandılar. Bülent xanım çaşqınlıq içində “qalxın övladım, mən Budda deyilim” deyərək onlardan aralandı. Dəfələrlə insanların həddən artıq çox  marağı ilə qarşılandı”, - Safiyə Soyman qeyd edib.